İlham Əliyev “Excelsior Hotel Shamkir” mehmanxanasının açılışında iştirak etmişdir

10 sentyabr 2013, 18:25
İlham Əliyev “Excelsior Hotel Shamkir” mehmanxanasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev “Excelsior Hotel Shamkir” mehmanxanasının açılışında iştirak etmişdir.

Dövlət başçısı mehmanxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, mehmanxana standart, qoşa çarpayılı və böyük çarpayılı 63 otaqdan ibarətdir. Bütün nömrələrdə ən yüksək səviyyədə istirahət üçün hər cür şərait yaradılmışdır. Ən son informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunan otaqların dizaynında Şəmkirin qədim xalçalarının ornamentlərindən istifadə olunmuşdur. Müasir havalandırma sistemi ilə təchiz edilmiş mehmanxana binasında restoran, bar, iclas zalı, SPA, masaj otaqları, Türk hamamı, sauna və hovuz vardır. Burada Avstriya avadanlığı ilə üç növ pivə istehsal olunur, şərab evində isə 750 şüşə yerli və xarici şərab saxlanılır. Mehmanxananın beşmərtəbəli binasının ümumi sahəsi 9 min kvadratmetrdir. Bütövlükdə kompleks 10 min 200 kvadratmetr sahəni əhatə edir.

Mehmanxananın istifadəyə verilməsi həm də çoxlu yeni iş yerlərinin açılması deməkdir. Yeni mehmanxana Şəmkirin turizm potensialının göstəricisi olmaqla bu bölgənin imkanlarını nümayiş etdirir. Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi, bu sahədə kiçik və orta sahibkarlıq üçün möhkəm bazanın yaradılması regionların infrastruktur cəhətdən inkişafını da təmin edir. Bölgənin geniş turizm imkanları nəzərə alınsa bu cür obyektlərin daha çox əhəmiyyət daşıdığını aydın hiss etmək olar. Belə layihələr həm də Azərbaycanın bölgələrinə daha çox turist axınına səbəb olacaq, regionların turizm potensialını nümayiş etdirməyə geniş imkan yaradacaqdır.

Mehmanxanadakı şəraitdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo