Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Haynts Fişerə

25 oktyabr 2010, 18:01

Hörmətli cənab Federal Prezident,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Avstriya arasındakı münasibətlər dostluq və əməkdaşlıq əlaqələrimizin möhkəmlənməsi və genişlənməsi istiqamətində bundan sonra da inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 oktyabr 2010-cu il