23 sentyabr 2013, 16:00

Elşad Əzizov və başqalarından, Neftçala, Azərbaycan

Möhtərəm Prezident!

Hər birimizə məlumdur ki, ölkəmizdəki sürətli inkişaf, sabitlik və insanların rifahının gündən-günə yaxşılaşması Sizin apardığınız uğurlu siyasətin nəticəsidir. Respublikamızın hər yerində olduğu kimi Neftçala rayonunda da geniş abadlıq, quruculuq və yenidənqurma işləri aparılır və görülən işlər rayon sakinləri tərəfindən böyük razılıq hissi ilə qarşılanır. Bu yaxınlarda Kürkənd kəndində yeni məktəb binasının tikintisinə başlanmışdır ki, bu da sakinlərin hədsiz sevincinə səbəb olmuşdur. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Prezident, Kürkənd kənd sakinləri, ağsaqqalları, şəhid ailələri və ziyalıları Sizi həmişə dəstəkləyib, bu gün də dəstəkləyirlər. Yaxınlaşmaqda olan seçkilərdə Sizin namizədliyinizi müdafiə etməkdən qürur duyuruq. Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Əzizov Elşad
Əhmədov Firudin
Zahidov Zahid
Novruzov Akif
Dadaşova Elmira və başqaları (cəmi: 19 nəfər).

Azərbaycan Respublikası, Neftçala rayonu.