02 oktyabr 2013, 15:35

Fəxrəddin Kərimbəylidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu uğurlu neft strategiyasının əzmlə davam etdirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər ölkənin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bu sahədə həyata keçirilən məqsədyönlü islahatların, o cümlədən “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, o cümlədən qəsəbələrdə infrastruktur daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Tədbirlər Proqramının icrası nəticəsində Bakının Sabunçu qəsəbəsində elektrik enerjisi, qaz, su təchizatı üzrə layihələr həyata keçirilmiş, 2 məktəb, 1 uşaq bağçası və qəsəbə poliklinikası əsaslı şəkildə təmir edilmişdir. Qəsəbədə yeni müəssisələr və iş yerləri açılmış, ekoloji tarazlıq yaradılması üçün Balaxanı Bərk Məişət Tullantıları Zavodu tikilərək istifadəyə verilmişdir. Uzun illər qəsəbə sakinlərinin əsas problemi olan su problemi də artıq həll edilmişdir.

Hörmətli cənab Prezident, Balaxanı qəsəbəsinin inkişafı istiqamətində görülən işlərə görə Sizə Balaxanı sakinləri adından təşəkkürümüzü bildirir və Sizi əmin edirik ki, qarşıdan gələn prezident seçkilərində Sizə səs verəcəyik.

Çətin və şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Kərimbəyli Fəxrəddin Sadiq oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.