Gerb

HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəsmi internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsinin hər bir istifadəçisinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

  1. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Prezident  Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olur və ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
  2. Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
  3. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
  4. Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır. 
  5. Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
  6. Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:
    • Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır.
    • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.
    • Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Prezident Administrasiyasının E-mail: office@pa.gov.az ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:
      Azərbaycan Respublikası, Bakı, Az 1066, İstiqlaliyyət küçəsi 19, “Prezident Sarayı”.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
414 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR