13:19
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.
25 aprel 2024, 13:19Kiyevdə, Prezident İlham Əliyevin və Prezident Viktor Yanukoviçin təltif edilməsi mərasimindən sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç “Azərbaycan Respublikası və Ukrayna
Prezidentləri Şurasının dördüncü iclasının Protokolu”nu imzaladılar.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və Ukraynanın aqrar siyasəti və ərzaq naziri Nikolay Prisyajnyuk “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i imzaladılar.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın xarici işlər naziri Leonid Kojara “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynanın Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə Məsləhətləşmələr Planı”nı imzaladılar.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyasının rəhbəri Vasili Bertaş “Azərbaycan Respublikasının Qəbələ Rayon İcra Hakimiyyəti və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası arasında regionlararası əməkdaşlıq haqqında Saziş”i imzaladılar.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və Ukrayna Prezidentinin müşaviri – Ukrayna Prezidenti Administrasiyasının
Humanitar İnkişaf Məsələləri Baş İdarəsinin rəhbəri Yuri Boqutski “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Ukrayna Milli İncəsənət Akademiyasının Kulturologiya İnstitutu arasında Əməkdaşlıq Müqaviləsi”ni imzaladılar.
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.
25 aprel 2024, 13:19Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
25 aprel 2024, 12:26Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar.
25 aprel 2024, 12:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...
24 aprel 2024, 13:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...
24 aprel 2024, 13:04