İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib

10 sentyabr 2015, 22:40

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak etmək üçün Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib.

Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.