Ukrayna Prezidenti Petro Poroşenko İlham Əliyevə telefonla zəng edib

05 aprel 2016, 22:30

Ukrayna Prezidenti Petro Poroşenko aprelin 5-də Prezident İlham Əliyevə telefonla zəng edib.

Prezident Petro Poroşenko Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son hadisələrlə bağlı narahatlığını ifadə edib.

Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə beynəlxalq təşkilatlar çərçivəsində həllinin vacibliyini vurğulayıblar. 

Ukrayna Prezidenti bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həlli ilə bağlı ölkəsinin mövqeyinin dəyişməz olduğunu bildirib.

Söhbət zamanı Azərbaycan və Ukrayna prezidentləri ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

SƏNƏDLƏRSərəncamlar20 iyun 2018
18:00
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Gi...

20 iyun 2018, 18:00