Azərbaycan və İran prezidentlərinin geniş tərkibdə görüşü olub

07 avqust 2016, 13:35

Təkbətək görüş başa çatandan sonra Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV görüşdə çıxış edərək dedi:

- Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Mən Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və əlaqələrimizin inkişafına yeni təkan verəcəkdir.

Mən şadam ki, biz tez-tez görüşürük. Bu ilin fevral ayında mən İranda rəsmi səfərdə idim. Bu gün Siz Azərbaycana rəsmi səfər edirsiniz. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, əlaqələrimiz sürətlə, uğurla inkişaf edir və ən yüksək zirvədədir.

Biz bu gün ikitərəfli görüş zamanı bir çox məsələləri - həm siyasi, həm iqtisadi və həm də digər məsələləri müzakirə etdik. Görürük ki, bizim aramızda çox böyük qarşılıqlı anlaşma var. Biz münasibətləri bu qarşılıqlı anlaşma əsasında qururuq. Çox şadam ki, son illər ərzində İran-Azərbaycan əlaqələri çox sürətlə inkişaf edir. Tarixdə, 25 illik tariximizdə bu dövr sürətli, bəlkə də ən sürətli inkişaf dövrüdür. Fevral ayından bəri ötən dövr ərzində iqtisadiyyat, nəqliyyat, energetika sahələrində bir çox məsələlər öz həllini tapıbdır. Əminəm ki, Sizin səfərinizin nəticəsi olaraq əlaqələrin inkişafı təmin ediləcək. Bu gün də bir neçə sənəd imzalanacaq və bu, gələcək əməkdaşlıq üçün yeni imkanlar açacaqdır.

Mən çox şadam ki, Siz Azərbaycana böyük heyətlə gəlmisiniz. Təbii ki, nümayəndə heyətlərinin üzvləri də bir-biri ilə əlaqədədirlər və əlaqələr daha da dərinləşəcək. İran-Azərbaycan əlaqələri bundan sonra da qardaşlıq, dostluq əsasında uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz.

                                                                                           X X X

İran İslam Respublikasının Prezidenti Həsən RUHANİ çıxış edərək dedi:

- Bismillahir-rəhmanir-rəhim,

Zati-aliləri, cənab Prezident, Sizinlə bu görüşdən çox xoşhalam. Sizin Tehrana səfəriniz çox müvəffəqiyyətli bir səfər idi. Ondan sonra iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıldı. O səfər zamanı ölkələrimizin ikitərəfli əlaqələri ilə yanaşı, üçtərəfli əlaqələri də planlaşdırdıq. Sabah biz onun şahidi olacağıq. Həmin səfəriniz çərçivəsində yaxşı anlaşmalara nail olduq. Həmin anlaşmalar əsasında hazırlanmış sənədlər bu gün imzalanacaq.

Hazırda çox mühüm mövzular vardır ki, bu barədə danışılıb və onlar haqqında ikitərəfli görüşdə də təfsilatı ilə söhbət apardıq. Müxtəlif sahələrə aid həmin mövzuları bu görüşdə də müzakirə edəcəyik. Mən əminəm ki, ölkələrimizin əlaqələri səmimiyyətə və etimada əsaslanır. Dost, qardaş və qonşu ölkələr kimi bu əlaqələri elə bir mərhələyə çatdırmalıyıq ki, xalqlarımızın istəyinə uyğun olsun. Bizim xalqlarımız ən yaxşı əlaqələri istəyirlər ki, ölkələrimizin mənafeyinə, regionda sabitliyə və sülhün yaranmasına xidmət etsin. Ümid edirəm ki, bu səfərdən sonra əlaqələrimizin inkişafı sahəsində yeni-yeni addımlar atılacaq.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

                                                                                            X X X

Görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin daha da artırılması, hökumətlərarası komissiyanın uğurlu fəaliyyəti, əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsi, qarşılıqlı investisiya qoyuluşu və turizmin inkişaf etdirilməsi, hava nəqliyyatı, dəmir yolu, səhiyyə, əczaçılıq, bank sahələrində, o cümlədən Xəzər dənizində əməkdaşlıq, “Şimal-Cənub” layihəsinin önəmi, terrorizmlə mübarizə, regional sülhün və sabitliyin təmin edilməsi məsələləri müzakirə olundu.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏRSərəncamlar17 iyul 2018
18:35
“Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqti...

17 iyul 2018, 18:35
SƏNƏDLƏRFərmanlar17 iyul 2018
18:30
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1770 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlə...

17 iyul 2018, 18:30
SƏNƏDLƏRFərmanlar17 iyul 2018
11:55
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1221-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respubl...

17 iyul 2018, 11:55
SƏNƏDLƏRFərmanlar16 iyul 2018
20:46
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1220-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci ...

16 iyul 2018, 20:46
SƏNƏDLƏRSərəncamlar16 iyul 2018
20:28
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1194-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1194-...

16 iyul 2018, 20:28