İlham Əliyev Rio-de-Janeyro Olimpiadasında qızıl medal qazanmış taekvondoçumuz Radik İsayevə telefonla zəng edib

21 avqust 2016, 17:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Rio-de-Janeyro Olimpiadasında qızıl medal qazanmış taekvondoçumuz Radik İsayevə telefonla zəng edib.

Prezident İlham Əliyev bildirib ki, Radik İsayevin bu inamlı qələbəsi bütün Azərbaycan xalqını sevindirib. Dövlətimizin başçısı qeyd edib ki, Radik İsayev əvvəllər də sübut edib ki, o, taekvondo üzrə öz çəki dərəcəsində dünyada ən güclü idmançıdır. Belə ki, o, həm dünya çempionatında qələbə qazanıb, indi də Olimpiya çempionu adına layiq görülüb. Prezident İlham Əliyev idmançımızı səmimi qəlbdən təbrik edib, ona yeni-yeni uğurlar və qələbələr arzulayıb. Dövlətimizin başçısı onun təbriklərini idmançının məşqçisinə də çatdırmağı xahiş edib.

Radik İsayev təbriklərə görə dərin təşəkkürünü bildirib. Qeyd edib ki, bu qələbəni Prezident İlham Əliyevin Azərbaycanda idmana göstərdiyi böyük diqqət və qayğı nəticəsində əldə etmək mümkün olub.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45