İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib

03 sentyabr 2016, 16:05

Prezident İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi və muzeydə yaradılmış şəraitlə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verildi ki, bina 1981-ci ildə inşa edilib və 2016-cı ilin may-avqust aylarında əsaslı təmir olunaraq yenidən qurulub. Binanın tikintialtı sahəsi 620 kvadratmetr, ümumi sahəsi isə 1240 kvadratmetrdir. İki mərtəbədən ibarət binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bu mərtəbədə, həmçinin fond otağı və digər yardımçı otaqlar yerləşir. İkinci mərtəbə əsasən ekspozisiya zallarından ibarətdir.

Diqqətə çatdırılıb ki, muzeydə 12 mindən çox eksponat mövcuddur və onlardan 800-ü ekspozisiya zallarında nümayiş etdirilir.

Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirdi.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45