İlham Əliyev Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib

08 sentyabr 2016, 11:11

Prezident İlham Əliyev Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib.

Dövlətimizin başçısı əvvəlcə yolun tikinti layihəsini əks etdirən stendə baxdı.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Azərbaycan Prezidentinə yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, Xudat-Yalama-Zuxuloba avtomobil yolu uzun müddət təmir olunmadığına görə, xüsusən də ağır çəkili yük avtomobillərinin intensiv hərəkəti nəticəsində magistralın bir çox yerlərində qabarmalar və çökmələr yaranmışdı. Yolun əsaslı təmirinə bu ilin may ayında başlanılıb və avqustda başa çatdırılıb.

Bildirildi ki, yolun uzunluğu 24 kilometrdir. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən əvvəl eni 6 metr olan yolun hərəkət hissəsi 7 metrə qədər genişləndirilib. Hər biri 3,5 metr enində olmaqla 2 hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə 2,5 metr enində yeni çiyinlər tikilib. Hər bir layihənin reallaşdırılması zamanı yollarda piyadaların da təhlükəsiz hərəkəti diqqətdə saxlanılan əsas məsələlərdən biridir. Xudat-Yalama-Zuxuloba avtomobil yolunda da ümumi uzunluğu 4 min poqonmetrə yaxın 2 metr enində yeni piyada səkiləri tikilib. Yenidənqurma işləri çərçivəsində avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların və keçidlərin hamısı bərpa olunub. Tikinti işləri zamanı yol boyu 165 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənib. Yol boyu 920 təhlükəsizlik dirəyi və 154 müxtəlif yol nişanı və göstərici lövhələr quraşdırılıb.

Xudat-Yalama-Zuxuloba avtomobil yolu rayonun 28 min əhalisinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirir.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonra Prezident İlham Əliyev yeni yolda avtomobili idarə etdi.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45