İlham Əliyevə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları təqdim edilib

27 sentyabr 2016, 10:10

Prezident İlham Əliyevə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları təqdim edilib.

Türkiyədə istehsal edilən “AKİA” markalı bu avtobuslar 27 oturacaqlıdır. Ümumiyyətlə avtobuslarda 72 sərnişin daşına bilər. Avtobuslarda əlillər üçün yer və onların rahat minib-düşmələrindən ötrü xüsusi qurğu quraşdırılıb. Yüksək texniki göstəricilərə malik avtobuslarda mərkəzləşdirilmiş havalandırma sistemi, həmçinin daxili və xarici müşahidə kameraları var.

Yeni sərnişin nəqliyyat vasitələrinin istifadəyə verilməsi ilə Sumqayıtda sərnişindaşımanın keyfiyyətini daha yüksək səviyyəyə çatdırmaq mümkün olacaq.

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37