İlham Əliyev Sumqayıtda əsaslı təmir edilərək yenidən qurulan Heydər Əliyev parkında yaradılan şəraitlə tanış olub

27 sentyabr 2016, 11:10

Prezident İlham Əliyev Sumqayıtda əsaslı təmir edilərək yenidən qurulan Heydər Əliyev parkında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı elektromobillə parkın ərazisini gəzdi.

Məlumat verildi ki, son dövrlərdə Sumqayıtda əsaslı təmir olunaraq yenidən qurulan istirahət məkanlarından biri də Heydər Əliyev parkıdır. Parkın ümumi sahəsi 8 hektardır. Bu park 1995-1996-cı illərdə salınıb. Ötən ildən başlayan əsaslı təmir və yenidənqurma işlərindən sonra parkın ərazisi genişləndirilərək 15 min kvadratmetrə çatdırılıb. Görülən işlər çərçivəsində parkın girişi və saat qülləsi yenidən qurulub. Burada Bayraq Meydanı da yaradılıb. Buradakı bayraq dirəyinin hündürlüyü 67 metrdir.

Qeyd edildi ki, parkın ərazisində aparılan geniş abadlıq işləri çərçivəsində 5 mindən çox ağac əkilib, 25 min kvadratmetr ərazi yaşıllaşdırılıb. Şəhər sakinlərinin və qonaqların istirahəti üçün parkda hər cür şərait yaradılıb. Heydər Əliyev Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi bu parkın ərazisində yerləşir.

SƏNƏDLƏRFərmanlar19 iyul 2018
13:05
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1185-VQD nömrəli Qanununun tətbiqi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun mal...

19 iyul 2018, 13:05
SƏNƏDLƏRQanunlar19 iyul 2018
12:40
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Cinayət yolu ilə əldə edilmiş ...

19 iyul 2018, 12:40