Ukrayna Prezidenti Petro Poroşenko Prezident İlham Əliyevə telefonla zəng edib

09 noyabr 2016, 23:10

Noyabrın 9-da Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Prezidentinə Dövlət Bayrağı Günü münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər.

Ukrayna Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Öz növbəsində Prezident İlham Əliyev də bu səfərin uğurlu olduğunu qeyd edib.

Petro Poroşenko Prezident İlham Əliyevi Ukraynaya rəsmi səfərə dəvət edib. Dövlətimizin başçısı dəvətə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37