Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İlham Əliyevə telefonla zəng edib

24 dekabr 2016, 12:20

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24- də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezidentlər ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Söhbət zamanı ikitərəfli əlaqələrin gələcək inkişafının müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.