İlham Əliyev Münxendə İsrailin müdafiə naziri ilə görüşüb

17 fevral 2017, 17:20

Prezident İlham Əliyev Münxendə İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

Görüşdə Azərbaycan-İsrail əlaqələrinin müxtəlif aspektləri müzakirə edildi. Aviqdor Libermanın xarici işlər naziri kimi Azərbaycana səfəri xatırlandı. İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun ötən il Azərbaycana etdiyi uğurlu səfərindən danışıldı. Azərbaycan ilə İsrail arasında hərbi-texniki sahədə əməkdaşlığın məmnunluq doğurduğu vurğulandı, bu sahədə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi.

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37