İlham Əliyev Dohada “Al Faisal Holding” şirkətinin rəhbəri və Qətər İş Adamları Assosiasiyasının sədri ilə görüşüb

26 fevral 2017, 20:10

Prezident İlham Əliyev Dohada “Al Faisal Holding” şirkətinin rəhbəri və Qətər İş Adamları Assosiasiyasının sədri Şeyx Faisal bin Qassim bin Faisal Al Tani ilə görüşüb.

Görüşdə Azərbaycan Prezidentinin Qətərə bu səfərinin ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi.

Böyük biznes qurumunun rəhbəri Şeyx Faisal bin Qassim bin Faisal Al Tani Azərbaycana səfərini xatırladaraq, ölkəmizlə bağlı xoş təəssüratlarının olduğunu dedi. Şeyx Faisal bin Qassim bin Faisal Al Tani Azərbaycanın müasir və təhlükəsiz ölkə olduğunu qeyd etdi. O, ölkəmizdə Qətər vətəndaşlarına xoş münasibət göstərildiyini məmnunluqla vurğuladı, yaxın gələcəkdə böyük nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəklərini dedi.

Söhbət zamanı ticarət və investisiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu.

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37