İlham Əliyev Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib

28 mart 2017, 11:00

Prezident İlham Əliyev Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində Saatlı şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi həyata keçirilir. Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində icra olunan bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Saatlı şəhərində 22 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, layihə çərçivəsində Saatlı rayonunun 7 kəndində 17 min nəfərin su təchizatı yaxşılaşdırılacaq. “Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində şəhərdə hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı, nasos stansiyası inşa edilib. Şəhərdə 137 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi yaradılıb, 5 mindən artıq ünvana birləşmə verilib və sayğaclaşma işləri aparılıb. Bununla da yeni mənbədən bütün şəhərə içməli suyun verilməsi təmin edilib.

Qeyd edək ki, Saatlı şəhərində ilk mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1960-cı illərdə yaradılıb. Şəhərə içməli su Araz çayından və Sabir adına kanaldan götürülüb çökdürülərək verilirdi. Yeni layihəyə qədər “Azərsu” Açıq Səhmdar Cəmiyyəti şəhərin 19 min sakinindən 33 faizinə xidmət göstərirdi. Mərkəzləşdirilmiş qaydada su alan əhaliyə hər gün 2-3 saatlıq qrafik əsasında su verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi.

Saatlı şəhəri və ətraf kəndlərin keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən və Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilib. Bu məqsədlə 2014-cü ildə 62 kilometr uzunluğunda Sabirabad-Saatlı qrup su kəməri tikilərək istismara verilib. Magistral su kəmərinin 12 kilometrlik hissəsi metal, qalan hissəsi isə polietilen borulardan tikilib. Kəmər 1 yerdə Kür çayı, 1 yerdə dəmir yolu, 6 yerdə magistral avtomobil yolu, 3 yerdə beton kanal və 15 yerdə drenaj kollektoru ilə kəsişir. Sabirabad, Saatlı və Hacıqabul rayonlarının 160 minə yaxın sakinini keyfiyyətli içməli su ilə təmin etmək üçün tikilmiş Sabirabad-Saatlı magistral su kəməri 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndində 100 min, Saatlı şəhəri və rayonun 12 kəndində 47 min, Hacıqabul rayonunun 4 kəndində isə 10 min nəfərin içməli suya olan tələbatını ödəyəcək.

Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli Sərəncamına əsasən bu ilin sonuna qədər magistral kəmər boyunca yerləşən 30 kəndə içməli suyun verilməsi təmin ediləcək. Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi bu layihə Saatlı şəhəri ilə yanaşı, Sabirabad, Şamaxı və Qəbələ şəhərlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib. Şamaxı şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin, eləcə də tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir. Qəbələ şəhərində icra olunan layihənin birinci mərhələsi çərçivəsində su mənbəyində işlər yekunlaşıb, magistral xətlərin və anbarların tikintisi başa çatdırılıb, şəhərdaxili su şəbəkəsinin bir hissəsinin inşası isə yekunlaşmaq üzrədir.

Prezident İlham Əliyev Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

SƏNƏDLƏRSərəncamlar17 iyul 2018
18:35
“Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqti...

17 iyul 2018, 18:35
SƏNƏDLƏRFərmanlar17 iyul 2018
18:30
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1770 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlə...

17 iyul 2018, 18:30
SƏNƏDLƏRFərmanlar17 iyul 2018
11:55
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1221-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respubl...

17 iyul 2018, 11:55
SƏNƏDLƏRFərmanlar16 iyul 2018
20:46
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1220-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci ...

16 iyul 2018, 20:46
SƏNƏDLƏRSərəncamlar16 iyul 2018
20:28
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1194-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1194-...

16 iyul 2018, 20:28