Rahid Ağahüseynov və başqalarından, Masallı, Azərbaycan
14 aprel 2017, 15:30
Hörmətli cənab Prezident,
Övladları bağçaya gedən biz valideynlər “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılmasına görə Sizə təşəkkürümüzü bildiririk. Bu səhmdar cəmiyyət yarandığı gündən bağçalar vaxtlı-vaxtında keyfiyyətli ərzaq məhsulları ilə təmin olunur, uşaqlar yaxşı qidalanırlar. Övladlarımızın təlim-tərbiyəsinə, sağlamlığına diqqətlə yanaşılmasından çox razıyıq.
Əziz Prezidentimiz, Sizin qəbul etdiyiniz qərarlar, həyata keçirdiyiniz islahatlar ölkəmizin inkişafında müstəsna rol oynayır. Sizə işlərinizdə hər zaman uğurlar arzulayırıq.
Hörmətlə,
Ağahüseynov Rahid Əli oğlu
Məmmədov Saleh Mehdi oğlu
Məmmədov Mehdi Nüsrət oğlu
Cəfərov Rəşad Aşur oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Təzə Alvadı kəndi.