“İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 468 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19 aprel 2017, 19:20
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv olunması haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 472-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 468 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 745) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2017-ci il.