Bolqarıstan Ticarət Palatasının sədr müavini və baş katibi Marqarita Popovadan

11 mart 2017, 16:13

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Əziz və hörmətli xanım Mehriban Əliyeva.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunaraq xalqınız qarşısında üzərinizə götürdüyünüz böyük məsuliyyətlə bağlı səmimi təbriklərimi qəbul edin.

Bu yüksək vəzifə Sizə ölkənizə faydalı olmaq, xalqınız tərəfindən sevilmək, siyasi, mədəni və sosial sahələrdə genişmiqyaslı işlər görmək üçün güc, enerji və ilham verəcək.

Mən insanlar arasında sülh və anlaşma, mədəniyyətlərarası dialoqun inkişafı, gənclər arasında möhkəm ünsiyyət, ölkələrimizin sıx iqtisadi əlaqələri naminə birgə işləməyi davam etdirməkdən məmnunluq duyacağam.

Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram. Sizinlə görüşmək imkanı yaradacaq yeni tədbiri səbirsizliklə gözləyirəm.

Səmimi dostluq salamları ilə,

Marqarita Popova

Bolqarıstan Ticarət Palatasının sədr
müavini və baş katibi

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37