İlham Əliyev MDB üzv dövlətlərinin Bakıda səfərdə olan gömrük xidməti rəhbərlərini qəbul edib

13 iyun 2017, 16:10

Prezident İlham Əliyev Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiyanın, Belarusun, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın, Qazaxıstanın gömrük xidmətlərinin rəhbərlərini və MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedevi qəbul edib.

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında səmərəli müzakirələrin aparılacağına və müvafiq qərarların qəbul ediləcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə etdi. Gömrük xidmətlərinin ölkələrin inkişafında mühüm rol oynadığını vurğulayan Prezident İlham Əliyev büdcə gəlirlərinin təmin olunmasında və ümumi iqtisadi inkişaf dinamikasında bu xidmətlərin rolunu qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda gömrük sahəsində son zamanlar ciddi islahatların aparıldığını vurğulayaraq bildirdi ki, ticarət dövriyyəsinin bir qədər azalmasına baxmayaraq, bu islahatların səmərəli şəkildə həyata keçirilməsi nəticəsində gömrük rüsumlarının yığımı artıb. Prezident İlham Əliyev qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının önəmini qeyd etdi. Azərbaycan üçün ümumilikdə MDB çərçivəsində əməkdaşlığın bütün sahələrinin mühüm əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı ölkəmizdə MDB çərçivəsində çoxlu sayda müxtəlif tədbirlərin keçirildiyini vurğuladı. Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının fəaliyyətinə uğurlar arzuladı.

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin bütün iştirakçılar adından Şuranın növbəti iclasının Bakıda keçirilməsi üçün yaradılan imkana görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Şuranın 65-ci iclasının Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu deyən Vladimir Bulavin bu tədbirin MDB-yə üzv dövlətlərin gömrük xidmətləri rəhbərləri arasında qarşılıqlı anlaşmanın səmərəli informasiya mübadiləsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi və bu gün MDB-yə üzv ölkələr arasında gömrük sahəsində informasiya mübadiləsinin yüksək səviyyədə aparıldığını vurğuladı. O, bu cür tədbirlərin, eyni zamanda, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti ilə bağlı aktual məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını dedi.

MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və qeyd etdi ki, Azərbaycan Müstəqil Dövlətlər Birliyi çərçivəsində artıq bir sıra mühüm tədbirləri uğurla həyata keçirir. O, Azərbaycana budəfəki səfəri zamanı Bakının daha da gözəlləşdiyinin şahidi olduğunu və bunun onda dərin təəssürat yaratdığını dedi.

SƏNƏDLƏRFərmanlar19 iyul 2018
13:05
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1185-VQD nömrəli Qanununun tətbiqi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun mal...

19 iyul 2018, 13:05
SƏNƏDLƏRQanunlar19 iyul 2018
12:40
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Cinayət yolu ilə əldə edilmiş ...

19 iyul 2018, 12:40
SƏNƏDLƏRFərmanlar19 iyul 2018
12:20
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nöm...

19 iyul 2018, 12:20
SƏNƏDLƏRFərmanlar18 iyul 2018
20:50
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikas...

18 iyul 2018, 20:50