İlham Əliyev Türkmənistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

13 iyul 2017, 15:40

Prezident İlham Əliyev Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevin etimadnaməsini qəbul edib.

Səfir Mekan İşanquliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mekan İşanquliyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı qardaş türkmən və Azərbaycan xalqlarının əsrlərdən bəri dostluq və əməkdaşlıq etdiklərini vurğuladı. Prezident İlham Əliyev bu gün müstəqil Azərbaycanın və Türkmənistanın dövlətlərarası əlaqələri fəal şəkildə möhkəmləndirdiklərini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan tərəfi əlaqələrimizin siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə möhkəmləndirilməsində maraqlıdır. Hazırda ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir və nümunəvi xarakter daşıyır.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı və ümidvar olduğunu bildirdi ki, Mekan İşanquliyev diplomatik fəaliyyəti dövründə ölkələrimizin bir-birinə daha da yaxınlaşması və əlaqələrin bütün istiqamətlərdə inkişafı işinə öz töhfəsini verəcək.

Səfir Mekan İşanquliyev Prezident İlham Əliyevə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını çatdırdı. O, səfir təyin olunduğu vəzifədə qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi. Xalqlarımız arasında tarixən mehriban qonşuluq əlaqələrinin mövcud olduğunu deyən Mekan İşanquliyev siyasi, iqtisadi, diplomatik, ticarət və mədəni sahələrdə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün bütün lazımi potensialın olduğunu vurğuladı. Səfir qeyd etdi ki, nəqliyyat sahəsi əməkdaşlığımızın əsas istiqamətidir. Ölkələrimizin coğrafi yerləşməsinin bu işə xidmət etdiyini deyən səfir bildirdi ki, tarixən ticarət yolları bizim ölkələrimizdən keçib. Mekan İşanquliyev ölkələrimizin müvafiq qurumları arasında beynəlxalq əməkdaşlıq məsələlərinin fəal müzakirə olunduğunu bildirdi. Səfir vurğuladı ki, əməkdaşlığın fəallaşdırılması üçün əsas amil Türkmənistan və Azərbaycan prezidentləri arasında keçirilən görüşlərdir. Sentyabrın 17-də Türkmənistanda Asiya Oyunlarının açılacağını deyən səfir Türkmənistan Prezidentinin və xalqının Azərbaycan Prezidenti İlham Əliyevin həmin tədbirdə iştirakını səbirsizliklə gözlədiklərini dedi.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin fəal inkişaf etdiyini deyərək, yüksək səviyyədə görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində önəmini qeyd etdi və bildirdi ki, ölkələrimizin müvafiq qurumları, o cümlədən dövlət və özəl şirkətlər arasında da əməkdaşlıq əlaqələrin bu səviyyəsinə uyğun olmalıdır. Dövlətimizin başçısı Türkmənistanda Asiya Oyunlarının keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.

Dövlətimizin başçısı Türkmənistan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş etdi.

SƏNƏDLƏRSərəncamlar17 iyul 2018
18:35
“Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqti...

17 iyul 2018, 18:35
SƏNƏDLƏRFərmanlar17 iyul 2018
18:30
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1770 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlə...

17 iyul 2018, 18:30
SƏNƏDLƏRFərmanlar17 iyul 2018
11:55
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1221-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respubl...

17 iyul 2018, 11:55
SƏNƏDLƏRFərmanlar16 iyul 2018
20:46
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1220-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci ...

16 iyul 2018, 20:46
SƏNƏDLƏRSərəncamlar16 iyul 2018
20:28
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1194-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1194-...

16 iyul 2018, 20:28