İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

24 avqust 2017, 10:20

Prezident İlham Əliyev İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarinin etimadnaməsini qəbul edib.

Səfir Auqusto Massari fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Auqusto Massari etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə İtaliya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimizin bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə tərəfdaş olduğunu qeyd etdi. Prezident İlham Əliyev 2014-cü ildə Roma şəhərində qəbul olunmuş iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əlaqələrimizin səviyyəsini əks etdirdiyini bildirdi, bunu əməkdaşlığın ən yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirdi. Bununla belə, dövlətimizin başçısı tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün bir çox imkanların mövcud olduğunu qeyd etdi.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsi üzrə də işlərin uğurla davam etdirildiyini bildirdi. Əməkdaşlığımızda balansın gözlənilməsi, həmçinin ticarət dövriyyəsinin daha da artırılması üçün iqtisadi əməkdaşlığın şaxələndirilməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı buna təkcə neft təchizatının artırılması yolu ilə deyil, ticarət əlaqələrini daha da inkişaf etdirməklə nail olmağın əhəmiyyətini vurğuladı. Azərbaycanda çoxlu sayda İtaliya şirkətlərinin müxtəlif sahələr üzrə fəaliyyət göstərdiklərini deyən dövlətimizin başçısı ölkəmizdə investor şirkətlərin sayının artırılması üçün də yaxşı imkanların mövcud olduğunu bildirdi, bunun hər iki istiqamət üzrə ixrac məhsullarının həcminin artırılmasına xidmət edəcəyini vurğuladı. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzuladı.

İtaliya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən səfir Auqusto Massari bunu artıq ölkəmizə gəldiyi bir neçə gün ərzində hiss etdiyini, burada çoxlu sayda italyanlar və italyan brendləri gördüyünü vurğuladı. Auqusto Massari Azərbaycanda müşahidə olunan sabitlik, dini tolerantlıq və multikulturalizm mühitinin ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını qeyd etdi. Azərbaycan ilə əlaqələrin 2014-cü ildə Romada qəbul edilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əsasında daha da inkişaf etdirilməsinin İtaliya hökuməti üçün mühüm əhəmiyyət daşıdığını bildirən səfir Auqusto Massari əməkdaşlığımızın müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Sazişi ilə bağlı aparılan danışıqlara İtaliya tərəfinin dəstəyinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı iki ölkə arasında iqtisadi, kosmik sənaye, infrastruktur layihələri, kənd təsərrüfatı, ticarət, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yüksək potensialın olduğu qeyd edildi.

SƏNƏDLƏRFərmanlar19 iyul 2018
13:05
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1185-VQD nömrəli Qanununun tətbiqi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun mal...

19 iyul 2018, 13:05
SƏNƏDLƏRQanunlar19 iyul 2018
12:40
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Cinayət yolu ilə əldə edilmiş ...

19 iyul 2018, 12:40