Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçdən

24 avqust 2017, 18:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ötən 20 il ərzində Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli və çoxtərəfli fəaliyyət sahələrində səmərəli əməkdaşlıq üzrə böyük təcrübə qazanılıb. Əhəmiyyətli siyasi dialoq, fəal parlamentlərarası əməkdaşlıq qurulub, iqtisadi, investisiya, elmi-texniki, humanitar və digər sahələrdə geniş əlaqələr yaradılıb. Həmçinin Belqrad ilə Bakı müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq həyata keçirirlər.

İnanıram ki, gələcəkdə də ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrini daha da inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran nəticələrin əldə olunmasında birgə səmərəli səylərimizi əsirgəməyəcəyik. Əminəm ki, bu, dost Serbiya və Azərbaycan xalqlarının maraqlarına tam uyğundur.

Fürsətdən istifadə edərək, Serbiya Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi ilə bağlı prinsipial mövqeyinizə və qondarma “Kosovo”nun birtərəfli şəkildə elan olunmuş müstəqilliyini tanımadığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm.

Hörmətlə,

Aleksandr Vuçiç

Serbiya Respublikasının Prezidenti

SƏNƏDLƏRFərmanlar19 iyul 2018
13:05
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1185-VQD nömrəli Qanununun tətbiqi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun mal...

19 iyul 2018, 13:05
SƏNƏDLƏRQanunlar19 iyul 2018
12:40
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Cinayət yolu ilə əldə edilmiş ...

19 iyul 2018, 12:40