Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

15 sentyabr 2017, 14:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 15-də Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fransalı qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva nümayəndə heyətinin bu səfərinin Fransada prezident seçkilərindən sonra ölkəmizə ilk səfəri olduğunu dedi və onlara uğurlar arzuladı. “Çox sevindirici haldır ki, sizin səfəriniz ölkəmiz, həmçinin ikitərəfli əlaqələrimiz üçün çox əhəmiyyətli bir hadisə ilə üst-üstə düşür. Bu gün Bakıda Fransız-Azərbaycan Universitetinin yeni binasının açılış mərasimidir. Bu hadisə son illər xalqlarımız arasında əməkdaşlığın, xüsusilə də humanitar sahədə əməkdaşlığın davamıdır”, - deyən Mehriban Əliyeva universitetin ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə əlavə təkan verəcəyinə əminliyini bildirdi. Qeyd etdi ki, Bakıda Fransız liseyi də fəaliyyət göstərir və bu lisey bu gün artıq aparıcı təhsil ocaqlarından biridir. Birinci vitse-prezident Fransız-Azərbaycan Universitetinin fəaliyyətini təhsil sahəsində əlaqələrin inkişafı üçün çox mühüm bir addım kimi dəyərləndirdi. Vurğuladı ki, bu hadisə, eyni zamanda, hər iki ölkədən olan tələbələr, müəllimlər, elm adamları arasında əlaqələrin dərinləşməsinə kömək edəcək. Mehriban Əliyeva əlaqələrin möhkəmlənməsi və genişləndirilməsində humanitar əməkdaşlığın vacibliyini bir daha vurğulayaraq bildirdi ki, insanları, xalqları bir-birinə yaxınlaşdıran məhz bu sahədə qurulan əlaqələrdir. Azərbaycanın Birinci vitse-prezidenti son illər ölkəmizin bu sahədə bir çox nailiyyətlər əldə etdiyini, Azərbaycan reallıqlarının, mədəniyyətinin, tarixinin Fransada təbliğ olunduğunu vurğuladı.

Əməkdaşlığımızın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu deyən Mehriban Əliyeva bildirdi ki, bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi qeyd edilir və bütün bu illər ərzində ölkələrimiz arasında bir çox sahələrdə geniş əlaqələr yaradılıb. Münasibətlərimiz qarşılıqlı hörmət və marağa əsaslanır. Ötən illərə nəzər salan Birinci vitse-prezident əməkdaşlığımızın müxtəlif sahələri əhatə etdiyini dedi, o cümlədən energetika, nəqliyyat, texnologiyalar, kənd təsərrüfatı sahələrində qurulan əlaqələrdən danışdı. İkitərəfli əlaqələrimizin potensialının daha geniş olduğunu diqqətə çatdıran Mehriban Əliyeva, eyni zamanda, yeni layihələr üzərində işləməyin vacibliyini vurğuladı, ölkəmizə göstərilən marağa və diqqətə görə minnətdarlığını bildirdi.

Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan Mehriban Əliyevanın fəaliyyəti barədə məlumatlı olduğunu, iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün Parisdə və Fransanın regionlarında bir çox işlər gördüyünü qeyd etdi və bu fəaliyyəti yüksək qiymətləndirdi. Bildirdi ki, bu, əməkdaşlıq üçün atılan vacib addımlardır.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04