İlham Əliyev Nyu-Yorkda Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb

18 sentyabr 2017, 21:50
İlham Əliyev Nyu-Yorkda Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb

Prezident İlham Əliyev Nyu-Yorkda Amerika Yəhudi Təşkilatının, Dünya Yəhudi Konqresinin, “Bnai Brith International”ın, Avrasiya Yəhudilərini dəstəkləyən Milli Koalisiyanın, Şimali Amerika Yəhudi Federasiyalarının, Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının, “Vaad L`Hatzolas Nidchei Yisroel” yəhudi təşkilatının rəhbərlərinin daxil olduğu Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb.

Görüşdə Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı vitse-sədri, baş icraçı direktoru Malkolm Honlayn nümayəndə heyətinin təmsil etdiyi təşkilatların Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini dedi. O, Bakıda Prezident İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, Azərbaycanın müasir və sürətlə inkişaf edən bir ölkə kimi onlarda böyük təəssürat doğurduğunu bildirdi. Malkolm Honlayn Azərbaycan ilə ABŞ, eləcə də Azərbaycan ilə İsrail arasında yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev görüşdə iştirak edən yəhudi təşkilatları rəhbərlərinin bir çoxunun Azərbaycanda olduğunu vurğulayaraq, ölkəmizin əldə etdiyi nailiyyətlərdən onların məlumatlı olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanda gedən inkişaf prosesləri barədə məlumatların yayılmasının önəmini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini dedi, Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnunluğunu ifadə etdi.

Söhbət zamanı Amerika yəhudi təşkilatlarının rəhbərləri Azərbaycanda digər icmalar kimi, yəhudi icmasının da qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşaması üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onlar Azərbaycanda sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə olduğunu dedilər, ölkəmizin multikulturalizm və tolerantlıq siyasətinə sadiqliyini yüksək qiymətləndirdilər.

Görüşdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər, Azərbaycanın iqtisadi inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10