Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqdan

28 oktyabr 2017, 11:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

2017-ci il Vyetnam və Azərbaycan üçün mənalı ildir. Biz bu il diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd edirik.

Fəxr edirik ki, ötən 25 il ərzində tarixdə baş verən bir sıra hadisələrə və qeyri-sabitliyə baxmayaraq ölkələrimizin ənənəvi dostluğu qorunmuş, yaxşılaşdırılmış və əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir. Ölkələrimiz birgə səylər nəticəsində səmərəli dostluq və faydalı əməkdaşlıq qurmuş və inkişaf etdirmişdir. Bu münasibətlər hər iki ölkənin inkişafına müsbət töhfə vermiş və dünyada gedən dəyişikliklər kontekstində əməkdaşlığımız üçün güclü təməldir.

Mən qəti şəkildə inanıram ki, bizim səmimi, ənənəvi dostluğumuz ölkələrimizin və xalqlarımızın mənafeyi, tərəqqisi, regionda və dünyada sülhün möhkəmlənməsi işinə bundan sonra da töhfə verəcək.

Zati-aliləri cənab Prezident, Sizə və Azərbaycan xalqına daha firavan və gözəl həyat, ölkənizə yeni nailiyyətlər diləyirəm. Vyetnam-Azərbaycan dostluğunun və əməkdaşlığının daim möhkəmləndirilməsini və inkişaf etməsini arzu edirəm.

Xahiş edirəm, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğur arzularımı qəbul edin.

Hörmətlə,

Çan Day Kuanq

Vyetnam Sosialist Respublikasının Prezidenti

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37