İlham Əliyev BMT-nin Azərbaycanda yeni rezident-əlaqələndiricisini qəbul etmişdir

22 iyun 2010, 12:10

Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni rezident-əlaqələndiricisi Fikrət Akçuranı qəbul etmişdir.

Dövlət başçısı Fikrət Akçuranı BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi kimi fəaliyyətə başlaması münasibətilə təbrik etmiş və ona işində uğurlar arzulamışdır. Azərbaycan ilə BMT arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirmişdir.

Fikrət Akçura demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi kimi, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir və qardaş Azərbaycanda BMT-nin rezident-əlaqələndiricisi vəzifəsinə təyin olunmasından qürur duyur. O, dövlətimizin başçısını əmin etmişdir ki, BMT ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəkdir.

Fikrət Akçura BMT-nin baş katibi Pan Gi Munun məktubunu Prezident İlham Əliyevə çatdırmışdır.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45