“Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 134 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

06 dekabr 2017, 18:42

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 134 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 304; 2004, №1, maddə 19) 2-ci hissəsinin üçüncü abzasında “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti,” sözləri ilə, “Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi” sözləri isə “Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 dekabr 2017-ci il.

SƏNƏDLƏRSərəncamlar18 may 2018
18:35
Muzey işi sahəsində çalışan bir qrup şəxsə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında muzey işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azə...

18 may 2018, 18:35
XƏBƏRLƏRMətbuat xidmətinin məlumatı18 may 2018
16:30
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib

Mayın 18-də Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əməkdaşlığa dair aktual məsələləri müzaki...

18 may 2018, 16:30