İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

19 dekabr 2017, 11:00

Prezident İlham Əliyev Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığın əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirildi.

Həştərxanda Azərbaycan Biznes Mərkəzinin inşa olunduğunu deyən qubernator Aleksandr Jilkin bildirdi ki, bu biznes mərkəzi vilayətdə logistik qovşağın yaradılmasına xidmət edəcək. Aleksandr Jilkin Həştərxanda görülən işlərə verdikləri dəstəyə görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti, Fondun Prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya xüsusi təşəkkürünü ifadə etdi.

Həştərxan vilayətinin qubernatoru Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günündə Ulu Öndərin adını daşıyan və Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurma işlərinin aparıldığı məktəbdə olduğunu və məktəb şagirdlərinin Prezident İlham Əliyevə salam göndərdiklərini vurğuladı.

Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq münasibətlərinin, xüsusən ticari, iqtisadi və regional əməkdaşlığın genişləndirilməsi işində Həştərxan vilayətinin rolunu vurğulayan Prezident İlham Əliyev bununla bağlı qubernator Aleksandr Jilkinə təşəkkürünü bildirdi.

Görüşdə 2018-ci ildə Həştərxan vilayəti tərəfindən Xəzər dənizində səyahət gəmilərinin buraxılması və bunun Xəzər hövzəsi ölkələri arasında turizmin inkişafına töhfə verəcəyi qeyd olundu, Həştərxan vilayəti ilə Azərbaycan arasında nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, Azərbaycanın kənd təsərrüfatı məhsullarının vilayət vasitəsilə Rusiya bazarlarına çıxarılması sahəsində birgə tədbirlər haqqında danışıldı.

Söhbət zamanı bu gün Bakıda keçiriləcək Həştərxan Biznes Mərkəzinin təməlqoyma mərasiminin önəmi vurğulandı, turizm, səhiyyə, kənd təsərrüfatı, təhsil, texnologiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə xatirə şəkli çəkdirildi.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45