İlham Əliyev IBM korporasiyasının baş vitse-prezidentini qəbul edib

20 dekabr 2017, 14:20

Prezident İlham Əliyev IBM korporasiyasının baş vitse-prezidenti Erik Klementini qəbul edib.

Erik Klementi təmsil etdiyi şirkətlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında yaxşı əməkdaşlığın həyata keçirildiyini dedi. O, bu səfəri zamanı Azərbaycanla əməkdaşlığın perspektivlərinin müzakirə edildiyini qeyd edərək, IBM şirkətinin ölkəmizlə uzunmüddətli əlaqələr qurmaqda maraqlı olduğunu vurğuladı.

Dövlət başçısı IBM şirkətinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu qeyd etdi. Prezident İlham Əliyev ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet təşkil etdiyini vurğulayaraq, bu sahədə artıq böyük nailiyyətlərin əldə olunduğunu dedi. Bu yaxınlarda Azərbaycanda “Bakutel-2017” sərgisinin keçirildiyini deyən dövlətimizin başçısı sərgini beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmli tədbir kimi dəyərləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz böyük iqtisadi potensiala və perspektivlərə malikdir və xarici şirkətlərin fəaliyyəti üçün çox cazibədardır. Dövlətimizin başçısı IBM şirkəti ilə Azərbaycan arasında gələcəkdə uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45