İlham Əliyev İranın Prezident Aparatının rəhbərini qəbul edib

21 dekabr 2017, 12:00

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu.

Mahmud Vaezi İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı və İran Prezidentinin gələn il Azərbaycana səfər edəcəyini məmnunluqla bildirdi.

Qonaq Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayaraq, tədbirdə 40-dək ölkədən, 8 beynəlxalq təşkilatdan nümayəndələrin iştirakını konfransın önəminin göstəricisi olduğunu qeyd etdi.

Prezident İlham Əliyev ötən həftə İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Zirvə toplantısı çərçivəsində İran Prezidenti ilə qısa görüşü zamanı Prezident Həsən Ruhanini Azərbaycana səfərə dəvət etdiyini məmnunluqla xatırlatdı. Dövlətimizin başçısı qeyd etdi ki, Bakıda keçirilən konfransda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunması İranın dinlər və mədəniyyətlərarası dialoqa böyük önəm verdiyini göstərir.

Söhbət zamanı iki ölkə arasında enerji, əczaçılıq, bank sahələrində əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının İran Prezidentinə çatdırılmasını xahiş etdi.

SƏNƏDLƏRSərəncamlar21 iyun 2018
18:00
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi–Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu ...

21 iyun 2018, 18:00