22:20
İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib
21 dekabr 2017, 14:25Prezident İlham Əliyev ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.
ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Konfransın əhəmiyyətini vurğulayan Əbdüləziz Osman əl-Tuveycri tədbirdə müxtəlif ölkələrdən ayrı-ayrı dinlərin nümayəndələrinin iştirakının önəmini qeyd etdi. ISESCO-nun baş direktoru bildirdi ki, Prezident İlham Əliyevin konfransdakı dərin məzmunlu nitqi böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev xoş sözlərə görə təşəkkürünü bildirdi və Əbdüləziz Osman əl-Tuveycrinin konfransda iştirakının və çıxışının önəmini qeyd etdi. Dövlətimizin başçısı Əbdüləziz Osman əl-Tuveycrinin konfransdakı çıxışı zamanı və eləcə də digər tədbirlərdə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi ədalətli mövqeyi yüksək qiymətləndirdi.
ISESCO-nun baş direktoru bildirdi ki, Azərbaycanda gedən hərtərəfli, davamlı inkişaf prosesləri və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əldə olunan möhtəşəm uğurlar İslam dünyasında və ondan kənarda böyük maraqla qarşılanır.
Görüşdə Azərbaycan ilə ISESCO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu.
22:20
19:15
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Türkdilli Ölkələrin Parlament Assamb...
24 aprel 2018, 19:1518:55
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Aprelin 11-də keçirilən prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi Vaşinqtonda fəaliyyət...
24 aprel 2018, 18:5518:54
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Avropa Gimnastika ...
24 aprel 2018, 18:5418:41
17:35
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Monteneqronun Sosialistləri...
24 aprel 2018, 17:3517:25
16:55
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində Sizin qələbəniz bütün dünya azərbaycanlıları ki...
24 aprel 2018, 16:5516:50
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Dost Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə...
24 aprel 2018, 16:5016:30
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və ən xoş arzularımı çatdır...
24 aprel 2018, 16:3016:20
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm Prezidentimiz, Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu Əliyev.
Yenidən Azərbaycan Respublikasının Prezident...
24 aprel 2018, 16:2015:50
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanda keçirilən prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi və qardaş xalqınızı ...
24 aprel 2018, 15:50