“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

22 dekabr 2017, 20:39

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununu “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi iləqərara alır:

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685; 2006, № 11, maddə 932; 2007, № 5, maddə 442, № 11, maddə 1053; 2016, № 6, maddə 969, № 12, maddə 1989; 2017, № 3, maddə 346, № 6, maddələr 1024, 1046, № 7, maddə 1266) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.19-cu maddədə və 7.1-ci maddənin birinci cümləsində “ölkə kodlu” sözləri “az” ölkə kodlu” sözləri ilə əvəz edilsin.

2. 7.10-cu maddə aşağıdakı redaksiyada verilsin:

“7.10. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

3. Aşağıdakı məzmunda 33.3-cü maddə əlavə edilsin:

“33.3. Host provayder və internet provayderlər internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması üçün “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirləri həyata keçirməlidirlər.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 dekabr 2017-ci il.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45