Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan

25 dekabr 2017, 14:53

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmağı özümə şərəf sayıram.

Sizin rəhbərliyinizlə qardaş Azərbaycan xalqı dövlət quruculuğunda sanballı uğurlar, ölkənizin iqtisadiyyatının müxtəlif sahələrində böyük nailiyyətlər qazanıb.

Türkmənistan ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlığın yüksək səviyyəsini məmnuniyyət hissi ilə qeyd etmək istərdim. Qəti əminəm ki, qarşılıqlı hörmət, etimad və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər bizim birgə səylərimizlə bundan sonra da iki ölkənin xalqlarının rifahı naminə inkişaf edəcək və möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat enerjisi, xoşbəxtlik, habelə ali dövləti vəzifənizdə bütün qardaş Azərbaycan xalqının tərəqqisi və firavanlığı naminə böyük uğurlar arzu edirəm.

Dərin hörmətlə,

Qurbanqulu Berdiməhəmmədov

Türkmənistanın Prezidenti

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45