İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu

26 dekabr 2017, 15:33

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Büdcənin ümumi göstəriciləri

İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 040 000,0 manat, xərcləri 89 040 000,0 manat məbləğində təsdiq edilir.

Maddə 2. Gəlirlər

Müəyyən edilsin ki, 2018-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

Gəlirlərin mənbələri

Məbləğ (manatla)

1.

İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi

o cümlədən:

89 020 000,0

1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

17 726 212,0

1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

17 726 212,0

1.3.

digər sığortaedənlər

53 567 576,0

2.

Sair gəlirlər

20 000,0

Maddə 3. Xərclər

Müəyyən edilsin ki, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 

Xərclərin istiqamətləri

Məbləğ (manatla)

1.

İşsizliyə görə sığorta ödənişləri

 33 478 000,0

2.

Peşə hazırlığı və əlavə təhsilin təşkili

1 613 000,0

3.

Peşə yönümünə dair məsləhət xidmətlərinin

göstərilməsi

 

 1 150 000,0

4.

Əmək yarmarkalarının, əmək birjalarının təşkili

120 000,0

5.

Haqqı ödənilən ictimai işlərin təşkili

1 788 000,0

6.

Özünüməşğulluq tədbirlərinin təşkili

35 802 000,0

7.

Sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi

 

 

1 380 000,0

8.

Məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri

 

13 709 000,0

 

Maddə 4. İşsizlikdən sığorta haqlarının daxil olmasına nəzarət və işsizlikdən sığorta fonduna köçürülməsi

Müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürür.

Maddə 5. Qalıqlardan istifadə

İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 6. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 dekabr 2017-ci il.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45