Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenkodan

26 dekabr 2017, 18:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə iqtisadi, sosial, elmi-texniki və digər sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirib. Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında dərinləşməkdə olan əlaqələrin əhəmiyyətini vurğulamağa şadam.

Sankt-Peterburqun mədəni-işgüzar missiyası çərçivəsində Bakıdakı görüşümüzü xüsusi ehtiramla xatırlayıram. Biz, həmçinin Sankt-Peterburq Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə Komissiya çərçivəsində strateji tərəfdaşlığın inkişafına böyük əhəmiyyət veririk.

Əminəm ki, Sizin dəstəyinizlə Azərbaycan ilə Sankt-Peterburq arasında əlaqələr yeni qarşılıqlı faydalı layihələr və təşəbbüslərlə əlamətdar olacaq.

Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

Georgi Poltavçenko

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45