İlham Əliyev Bosniya və Herseqovinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

08 yanvar 2018, 14:20

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib.

Səfir Bakir Sadoviç fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bakir Sadoviç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Söhbət zamanı ölkələrimiz arasında yüksək səviyyəli görüşlərin əhəmiyyəti qeyd edildi, ikitərəfli münasibətlərimizin çox yaxşı səviyyədə olduğu bildirildi, dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin önəmi vurğulandı.

Görüşdə, həmçinin Azərbaycanın Bosniya və Herseqovinanın aqrar sənayesinə investisiya qoyuluşunun, sosial və humanitar layihələrə dəstəyinin Bosniya və Herseqovinada yüksək qiymətləndirildiyi qeyd olundu.

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37