14:08
İlham Əliyev ABŞ Dövlət katibi müavininin müşavirini qəbul edib
06 fevral 2018, 09:55Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi müavininin müşaviri xanım Bricet Brinki qəbul edib.
Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə toxunan Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinə ABŞ-ın verdiyi dəstəyin önəmini vurğuladı. Dövlətimizin başçısı ABŞ Dövlət katibi müavininin müşaviri Bricet Brinkin ölkəmizə səfərinin əlaqələrimizin perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.
Bricet Brink ABŞ rəhbərliyinin “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verdiyini vurğuladı. O, ABŞ-ın ölkəmizin təhlükəsizlik sahəsində əməkdaşlığa, o cümlədən Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirdi.
Görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edildi, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi qeyd olundu, bunun Avropa ilə Asiya arasında yeni nəqliyyat marşrutu olması baxımından önəmi vurğulandı, ABŞ şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti, ticarət dövriyyəsinin artırılması və ixrac imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunuldu, sabah Bakıda Minsk qrupunun həmsədrləri ilə görüş zamanı münaqişənin həlli ilə bağlı geniş müzakirələrin aparılacağı bildirildi.
Görüşdə demokratik inkişaf, qanunun aliliyinin təmin edilməsi, insan haqlarının qorunması məsələləri ətrafında da fikir mübadiləsi aparıldı.
14:08
23:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
22 aprel 2024, 23:1321:00
20:48
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər.
22 aprel 2024, 20:4816:40
11:50
16:58
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
19 aprel 2024, 16:5816:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...
19 aprel 2024, 16:5616:54
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...
19 aprel 2024, 16:5416:52
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...
19 aprel 2024, 16:5216:50
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan...
19 aprel 2024, 16:5016:55
2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...
17 aprel 2024, 16:55