Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

09 mart 2018, 18:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında 2017-ci il noyabrın 10-da Rabat şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına bildiriş göndərsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 mart 2018-ci il.

SƏNƏDLƏRSərəncamlar18 may 2018
18:35
Muzey işi sahəsində çalışan bir qrup şəxsə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında muzey işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azə...

18 may 2018, 18:35
XƏBƏRLƏRMətbuat xidmətinin məlumatı18 may 2018
16:30
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib

Mayın 18-də Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əməkdaşlığa dair aktual məsələləri müzaki...

18 may 2018, 16:30