İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə görüşü olub

15 mart 2018, 12:30

Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə görüşü olub.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçi salamlayan Prezident İlham Əliyev onunla ötən görüşünü məmnunluqla xatırlatdı. Söhbət zamanı VI Qlobal Bakı Forumunun mədəniyyətlərarası dialoqa və əməkdaşlığa verdiyi töhfə vurğulandı. Bildirildi ki, dünyada Forumun nüfuzu getdikcə daha da artır.

Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olundu. Qeyd edildi ki, müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əlaqələrin yaxşı perspektivləri var.

Söhbət zamanı ötən əsrin 70-ci illərindən Bakı ilə Sarayevonun qardaşlaşması məmnunluqla xatırlandı.

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37