07 aprel 2018, 14:20

Məhərrəm Qasımlıdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

İyirminci əsr Azərbaycan aşıq sənətinin inkişafına, çoxəsrlik şifahi sənət ənənələrinin yaşadılmasında və milli folklor xəzinəmizin daha da zənginləşməsində böyük xidmətləri olmuş Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin qeyd edilməsi haqqında 2018-ci il 2 aprel tarixli Sərəncamınız çoxsaylı aşıqlar və sənətsevərlər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandı. Son illərdə mədəniyyətimizin digər sahələrin kimi, aşıq sənətinin də inkişafına göstərdiyiniz daimi diqqət və qayğının təzahürü olan bu Sərəncam görkəmli ustad sənətkar Aşıq Şəmşirin xatirəsinə böyük ehtiram olmaqla yanaşı, Sizin bütövlükdə ozan-aşıq mədəniyyətinə verdiyiniz yüksək qiymətdir.

Cənab Prezident, Aşıq Şəmşirin anadan olmasının 125 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması üçün imzaladığınız Sərəncama, eləcə də aşıq sənətinə və aşıqlara verdiyiniz dəyərə görə Sizə bütün aşıqlar, saz-söz ictimaiyyəti adından dərin minnətdarlığımızı bildirirəm.

Azərbaycan Aşıqlar Birliyi ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin yürütdüyünüz daxili və xarici siyasəti hər zaman dəstəkləyir və qarşıdan gələn prezident seçkilərində də bu dəstəyi bir daha ifadə edəcəklər.

Hörmətlə,

Qasımlı Məhərrəm, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.