Nadir Fərhadov və başqalarından, Bərdə, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Kəlbəcər elinin ağsaqqalı, aşıq sənətinin sayılıb-seçilən ustadı Dədə Şəmşirin 125 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə Sərəncamınıza görə bütün kəlbəcərlilər adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Dəyərli və sevimli Prezidentimiz, ulu öndərimiz Heydər Əliyev kimi Siz də hər zaman mədəniyyət və incəsənət xadimlərini, xalq yaradıcılığının görkəmli nümayəndələrini diqqətdə saxlayırsınız. Bu diqqət sayəsində xalqımız milli-mənəvi dəyərlərini qoruyub saxlayır, öz yaradıcılığını daha da inkişaf etdirir.
Qarşıdan gələn prezident seçkilərində Sizi dəstəkləyir və Sizə uğurlar arzulayırıq. Allah Sizi qorusun.
Hörmətlə,
Fərhadov Nadir Sahib oğlu
Hüseynov Muğan Müseyib oğlu
Məmmədov Saməddin Əhəd oğlu
Nəbiyeva Məhluqə Ələs qızı və başqaları, Kəlbəcər rayonundan məcburi köçkünlər.
Azərbaycan Respublikası, Bərdə rayonu.