07 aprel 2018, 16:45

Elxan Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

“Ölkəmizi tanıyaq” layihəsində iştirak etmiş bir şagird olaraq belə faydalı layihəni ərsəyə gətirdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Martın 15-18-də Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyasında iştirak etmək mən və yoldaşlarım üçün çox faydalı oldu. Biz həm ölkəmizin tarixi, regionların mədəniyyəti, iqtisadiyyatı, təbiəti ilə bağlı yeni məlumatlar topladıq, həm də çox əyləncəli vaxt keçirdik.

Cənab Prezident, məhz Sizin sayənizdə ölkəmiz gündən-günə inkişaf edir, abadlaşır. Belə bir ölkənin vətəndaşı olmaq qürurvericidir. İnanıram ki, Sizin komandanlığınız altında biz tezliklə Vətənimizin ərazi bütövlüyünü bərpa edəcəyik. Arzum budur ki, “Ölkəmizi tanıyaq” layihəsinin Qarabağ turlarını gerçəkləşdirmək tezliklə bizə nəsib olsun.

Hörmətlə,

Məmmədov Elxan Sadiq oğlu.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi.

Azərbaycan Respublikası, Bakı şəhəri.