07 aprel 2018, 17:00

Arif Bayramovdan, Gədəbəy, Azərbaycan

Möhtərəm cənab Prezident.

Övladlarımızın Azərbaycanın hər bir bölgəsini tanımaq, onun tarixi, abidələri, adət-ənənələri və inkişafı ilə yaxından tanış olmaq imkanı verən “Ölkəmizi tanıyaq” layihəsinin həyata keçirilməsi üçün verdiyiniz tapşırığa görə bir valideyn kimi Sizə minnətdaram.

Bugünkü qüdrətli Azərbaycan Sizin şah əsərinizdir. Bir valideyn olaraq sevinirəm ki, övladlarımızın yaxşı təhsil alması, ölkəmizin tarixini və inkişafını əyani görməsi üçün belə gözəl şərait yaratmısınız. Tanrı Sizi qorusun.

Hörmətlə,

Bayramov Arif Cəlal oğlu.

Azərbaycan Respublikası, Gədəbəy rayonu.