09 aprel 2018, 15:05

Xədicə Məmmədovadan, Gədəbəy, Azərbaycan

Biz şagirdlərin sevimli Prezidenti, cənab İlham Əliyev.

Sizin təşəbbüsünüzlə təşkil olunmuş “Ölkəmizi tanıyaq” tur-aksiyası artıq ənənə halı alıb. Bu, biz gənclərə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Mənim üçün qürurverici haldır ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etdim, gündən-günə inkişaf edən ölkəmizin dilbər guşələri ilə daha yaxından tanış oldum. Səfər çərçivəsində biz Qəbələ, Şəki, Zaqatala rayonlarını gəzdik. Fəxrlə bildirirəm ki, şəhər və rayonlarımız Avropanın heç bir şəhərindən geri qalmır. Biz Qəbələdə dünya standartlarına cavab verən müasir oteldə yerləşdirildik. Bölgələrimizin inkişafı barədə televiziyadan eşitdiklərimizi və böyüklərimizin söylədiklərini öz gözlərimizlə gördük. Bununla yanaşı, həmin yerlər haqqında bilmədiyimiz geniş, zəngin məlumatlara yiyələndik.

Cənab Prezident, yaddaşımızda dərin iz qoyan bu gəzintiyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Məmmədova Xədicə Mübariz qızı.

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Zəhmətkənd kəndi.