09 aprel 2018, 15:20

Xanlar Quliyev və başqalarından, Gədəbəy, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə respublikamız gündən-günə inkişaf edir, ölkəmizdə sabitlik qorunub saxlanılır, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, quruculuq işləri aparılır, insanlar rahat yaşayırlar. Sizin sayənizdə Azərbaycan demokratik, qüdrətli, öz sözünü deməyə qadir bir ölkə kimi tanınır.

Çox sevinirik ki, ölkəmizin hər yerində olduğu kimi, Gədəbəydə də abadlıq-quruculuq işləri həyata keçirilir. Rayonun Novosaratovka-Qaravəllər avtomobil yolunda əsaslı təmir-tikinti işləri aparılıb. Kəndimiz gözəlləşir, abadlaşır, evlərimizə təbii qaz xətti çəkilir.

Möhtərəm cənab Prezident, gədəbəylilərə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Çayrəsullu kəndinin ağsaqqalları və ziyalıları adından Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik.

Sizin daxili və xarici siyasətinizi bəyənir və həmişə Sizinləyik. Ulu Tanrı köməyiniz olsun.

Hörmətlə,

Quliyev Xanlar Sarı oğlu

Rüstəmov Tofiq Nadir oğlu

Bağırov Mehdi Əsəd oğlu

Quliyev Habil Mehman oğlu

Rüstəmov Zakir Mansur oğlu.

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Çayrəsullu kəndi.