09 aprel 2018, 15:25

Vüqar Kazımov və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Qaradağ rayonunun Lökbatan qəsəbəsinin sakinlərinə göstərilən qayğıya və diqqətə görə Sizə təşəkkür edirik.

Biz qəsəbənin İ.Nəbiyev və H.Məmmədov küçələrində yerləşən binalarda yaşayırıq. Son vaxtlar binalarımızın həyətyanı sahələri abadlaşdırılaraq, təqribən 2 hektar ərazidə çox gözəl park salınıb. Bu parkda sakinlərin, o cümlədən ahılların və uşaqların istirahəti üçün hər bir şərait yaradılıb.

Əziz Prezidentimiz, insanların firavan həyatına xidmət edən bu işlərinizi yüksək qiymətləndirir və Sizə bir daha dərin təşəkkürümüzü bildiririk. Ömrünüz uzun olsun.

Hörmətlə,

Kazımov Vüqar Yusif oğlu

Hüseynov Hüseyn Qurban oğlu

Süleymanov Kəmalə Bəşir oğlu

Nəcəfov Zeynəb Əbuzər qızı və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi.